Naftalan şəhərində Vətən müharibəsi iştirakçısının özünü yandırması faktı araşdırılır.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd olunub ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cü il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tezalışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.