bas-prokurorluqdan-nurlana-eliyeva-ile-bagli-aciqlama

Baş Prokurorluqdan Nurlana Əliyeva ilə bağlı AÇIQLAMA

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva haqqında yayılan istintaq məsələsi barədə Baş Prokurorluq açıqlama verib.

Məsələ ilə bağlı Axar.az-a danışan Baş Prokurorluğun mətbuat katibi Günay Səlimzadə bildirib ki, Bakı Slavyan Universitetindəki rüşvət olayı ilə bağlı istintaq davam edir:

“BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva təqsirləndirilən şəxs kimi cəlb olunub və onun xanım olması nəzərə alınaraq, barəsində polisin nəzarəti altında qəti imkan tədbiri seçilib. Hazırki mərhələdə Nurlana Əliyev şübhəli şəxs statusunda deyil. İstintaq davam edir”.

Qeyd edək ki, D.Əliyeva 100 tələbənin 1000-7000 manat civarında təhsil haqqını mənimsəməkdə ittiham olunur. Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb.