bayden-2020-ci-ilin-prezident-seckilerinde-trampa-meydan-oxuyur

Bayden 2020-ci ilin prezident seçkilərində Trampa meydan oxuyur

Barak Obamanın dövründə ABŞ-ın vitse-prezidenti və Delaver ştatından 30 ildən çox senator işləmiş Co Bayden 2020-ci ildə prezident seçkilərində iştirak edəcəyini elan edib.

İnsider.az-ın məlumatına görə, Bayden “YouTube” və “Twitter”-də yerləşdirilmiş videosunda ölkənin “əsas dəyərlərinin”, eləcə də amerikalıların “dünyadakı mövqeyi” və “demokratiyası, yəni Amerikanı Amerika edən hər şey” təhlükə аltında olduğunu deyib.

“Ona görə də mən bu gün Birləşmiş Ştatların prezidnetliyinə öz namizədliyimi irəli sürürəm”, -  Bayden bildirib.

Eks-vitse-prezident 2017-ci ildə Şarlottsvildəki iğtişaşlar və ağ irqin üstünlüyünün tərəfdarlarının keçirdiyi marş barədə xatırlatma edib. Həmin zaman Tramp irqçiləri birmənalı olaraq qınamaqdan imtina edib demişdi ki, məşəl yürüşü iştirakşıları arasında çox yaxşı insanlar da var.

“Əgər biz Trampa Ağ Evdə səkkiz il keçirməyə imkan versək, o, ölkəmizin xüsusiyyətini kökündən və bərpaedilməz şəkildə dəyişəcək”, - deyə öz ilk seçkiqabağı videosunda Bayden söyləyib. O, öz namizədliyi barədə ismarıcını həmçinin ispan dilində dərc edib.

Qeyd edək ki, bir sıra siyasətçi-demokratlar prezident seçkilərində mübarizə aparacaqlarını bəyan ediblər. Onların arasında İndianadakı kiçik şəhərin meri Pit Butticiç kimi cavan siyasətçilər, daha sonra 2016-cı ildə Hillari Klintona praymeriz zamanı təslim olan və sədaqətli tərəfdar ordusu olan yaşlı senator Berni Sanders də var. Co Baydenin 76 yaşı var, Bernidən cəmi bir yaş kiçikdir.

Qeyd edək ki, növbəti prezident seçkiləri ABŞ-da 2020-ci ilin noyabrın 3-ü baş tutacaq. Respublikaçı partiyasından olan hazırki prezident Donald Tramp ikinci səlahiyyət müddəti üçün mübarizə aparacaq.

Samirə Məmmədova