bayden-abs-in-mudafie-xerclerini-azaldir

Bayden ABŞ-ın müdafiə xərclərini azaldır

ABŞ Prezidenti Co Bayden ölkənin hərbi büdcəsini sələfi Donald Trampın rəhbərliyi tərəfindən planlaşdırılan rəqəmdən 7 milyard dollar azaldacaq.

“Bloomberg” bu barədə Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, o, bu gün müdafiə xərcləri daxil olmaqla hökumət xərcləri ilə əlaqədar təkliflərini təqdim edəcək.

Təkliflərə əsasən 715 milyard dollar Pentaqonun ehtiyaclarına xərclənməlidir.

Eyni zamanda, Donald Trump administrasiyası müdafiə üçün 722 milyard dollar ayırmağı planlaşdırırdı.