“ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”.
Bu barədə ABŞ Prezidenti Co Bayden İsraildə keçirdiyi mətbuat konfransında bildirib.
“Onların təklif olunan razılaşmanı qəbul etmək imkanları var. Əgər bunu etməsələr, bir daha deyirəm, biz tamamilə açıq şəkildə bildirmişik ki, biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”, - deyə Bayden vurğulayıb.
Mətbuat konfransında o, həmçinin qeyd edib ki, ABŞ-ın Yaxın Şərqdə təsirinin zəifləməsinə yol vermək olmaz.
Xatırladaq ki, Bayden iyulun 13-dən 16-dək Yaxın Şərq ölkələrinə səfər edir.
Oxu.Az