ABŞ Prezidenti Co Bayden Miluokidə seçicilər qarşısında çıxışı zamanı növbəti dəfə səhv edib. O, vəzifədə işləmə müddətini səhv deyib.
“İcazə verin çıxışımı belə yekunlaşdırım. Bu həftə mənim vəzifəyə başlamağımdan dörd il keçir. Ölkəmiz son yüzilliklərdə ən pis pandemiya və iqtisadi böhran yaşadı”, - deyə Co Bayden bildirib.
ABŞ lideri hakimiyyət müddətini 10 ay artıq deyib. ABŞ-də prezident seçkisi 2020-ci ilin noyabrında keçirilib və Bayden 2021-ci ilin yanvarında vəzifəyə başlayıb. Nə birinci, nə də ikinci tarixdən hələ dörd il keçməyib.