bayden-ailesinin-2020-ci-ildeki-geliri-aciqlandi

Bayden ailəsinin 2020-ci ildəki gəliri açıqlandı

ABŞ Prezidenti Co Bayden (Joe Biden) və həyat yoldaşı Cil Baydenin (Jill Biden) 2020-ci ildəki gəlirləri 607 min 336 dollar olaraq açıqlanıb. Bayden ailəsi keçən il 157 min 414 dollar federal gəlir vergisi ödəyib. 

Prezident seçkisi kampaniyası səbəbilə 2019-cu illə müqayisədə cütlüyün gəlirləri azalıb. Bayden cütlüyü, 2019-cu ildə 944 min 737 dollar gəlir əldə etmiş, 299 min 346 dollar federal gəlir vergisi ödəmişdi.

Bayden və həyat yoldaşı keçən il cəmi gəlirlərinin 5,1%-ini 10 xeyriyyə təşkilatına bağışlayıb.

ABŞ-ın vitse-prezidenti Harris və həyat yoldaşı isə keçən il 1 milyon 695 min 225 min dollar gəlir əldə ediblər. Harris ailəsinin keçən il üçün ödədiyi federal gəlir vergisi isə 621 min 893 dollar olaraq hesablanıb. 

Marja