bayden-cixisi-zamani-daha-bir-kobud-sehve-yol-verdi-video

Bayden çıxışı zamanı daha bir kobud səhvə yol verdi - VİDEO

Ağ Ev rəhbəri Co Bayden Pensilvaniyada çıxışı zamanı preambuladan sitat gətirərkən Konstitusiyanı və ABŞ Müstəqillik Bəyannaməsini qarışdırıb.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

“Ona görə də gəlin, Allah xatirinə, kim olduğumuzu xatırlayaq - həqiqətən, bunu nəzərdə tuturam - dəyərlərimiz nədir, nəyə inanırıq. “Biz xalqıq!” Konstitusiyamız, yaxud Bəyannaməmiz (Müstəqillik) belə başlayır. Biz xalqıq. Bu bizik”, - prezident bildirib.

Qeyd edək ki, Amerika Konstitusiyasının preambulası “Biz - Birləşmiş Ştatların xalqıyıq...” sözləri ilə, Böyük Britaniyadan Müstəqillik Bəyannaməsi isə “Hadisələrin gedişi xalqlardan birinin...” sözləri ilə başlayır.

Noyabrda 81 yaşı tamam olacaq Ağ Ev rəhbəri uzun müddətdir ki, söylədiyi yanlış ifadələrə görə gündəm olur. Bir dəfə isə hətta çıxışı zamanı ABŞ-ın adını unutmuşdu. Onun ictimai çıxışlarında bəzən ifadələrin sonlarını udması, qarışdırması, tez-tez müxtəlif şifahi kobud səhvlərə yol verməsi ABŞ-da zarafatla “Baydenizm” adlandırılır və müxalifləri tərəfindən siyasi çıxışlarda istifadə olunur.