ABŞ Prezidenti Co Bayden 30 iyunda Madriddə keçirilən NATO sammitindən sonra mətbuat konfransı zamanı İsveçlə İsveçrəni səhv salıb.
“İsveçrənin rəhbəri. İsveçrə, Allahım, NATO-nun genişlənməsi məni həyəcanlandırdı. İsveç.”, - deyə Bayden düzəliş edib və zarafat edib.
Bu zaman o, Finlandiya və İsveç rəhbərləri ilə ölkələrin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı telefon danışıqlarından danışıb.