bayden-kabilde-terror-aktlarini-isid-in-xorasan-qolu-gerceklesdirib

Bayden: “Kabildə terror aktlarını İŞİD-in Xorasan qolu gerçəkləşdirib”

ABŞ prezidenti Co Bayden Əfqanıstan paytaxtında baş verən və 12 ABŞ hərbçisinin ölümünə səbəb olan terror aktları barədə mətbuata açıqlamalar verib.

Dövlət başçısı partlayışların İŞİD-in Xorasan qolu tərəfindən törədildiyini bəyan edib.

O, hadisənin səbəbkarlarının tapılıb cəzalandırılması üçün ABŞ-ın əlindən gələni edəcəyinə söz verib.

Bayden həmçinin, bugünədək 70 mindən çox insanın təxliyə edildiyini və müvafiq əməliyyatın davam edəcəyini bildirib.