bayden-men-bohran-olacagini-dusunmurem

Bayden: Mən böhran olacağını düşünmürəm

Bayden: ABŞ-ın etirazına baxmayaraq OPEC+-ın hasilatı azaltmaq qərarı ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərə təsir edəcək.

ABŞ prezidenti Co Bayden yaxın gələcəkdə böhranın olacağına inanmadığını və əgər olarsa, bunun "cüzi iqtisadi tənəzzül" olacağını gözlədiyini bildirib.

"Hər altı aydan bir bunu deyirlər və hər altı aydan bir növbəti altı aya baxırlar və nə baş verəcəyini deyirlər. Mən böhranın olacağını düşünmürəm. Əgər belə olarsa, çox cüzi bir tənəzzül olacaq. Ona görə də biz bir qədər aşağı enəcəyik",-  Bayden CNN-ə bildirib.

Qlobal investisiya bankı "JPMorgan Chase"in baş direktoru Jamie Dimon bazar ertəsi günü altı ilə doqquz ay ərzində böhran ehtimalı barədə xəbərdarlıq edib.

ABŞ prezidenti Co Bayden deyib ki, ABŞ-ın etirazına baxmayaraq OPEC+-ın hasilatı azaltmaq barədə qərarı ABŞ və Səudiyyə Ərəbistanı arasında münasibətlərə təsir edəcək.

Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərlə bağlı hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb.

Baydenin bəyanatı Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Bob Menendezin ABŞ-ı Səudiyyə Ərəbistanı ilə bütün əlaqələri, o cümlədən silah satışını dərhal dondurmağa çağırmasından bir gün sonraya təsadüf edir.

Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, prezident Co Bayden ABŞ və Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərə yenidən baxılmalıdır.

Marja