ABŞ-da İlon Mask, Bill Qeyts, Cef Bezos, Uorren Baffet kimi tanınmış iş adamlarının, Co Bayden, Barak Obama kimi siyasətçilərin, eləcə də bir çox digər məşhurların “Twitter” hesablarını ələ keçirən haker üç il müddətinə azadlıqdan məhrum edilib.
ABŞ KİV-ində yayılan məlumatlara əsasən, 18 yaşlı Qrehem Ayvan Klark məşhurların sosial şəbəkə hesablarnın kütləvi şəkildə “sındırılmasında” günahkar bilinərək həbs olunub.
Gənc haker istintaqla əmkdaşlıq edib və ittiham sənədinin bütün bəndləri üzrə günahını etiraf edib.
Ömrünün üç ilini həbsxanada keçirəcək cinayətkarın, növbəti üç ildə də sınaq müddətində olacağı bildirilir.