bayden-rusiyaya-xeberdarliq-etdi-mudaxile-eden-evezini-odeyecek

Bayden Rusiyaya xəbərdarlıq etdi: Müdaxilə edən əvəzini ödəyəcək

ABŞ-ın keçmiş vitse-prezidenti və hazırkı prezidentliyə namizəd Co Bayden Rusiya və ya başqa xarici dövlətin seçkilərə müdaxiləsinə göz yummayacağını bildirib.

İnsider.az xəbər verir ki, o seçkilərdə qələbə qazanacağı halda, müdaxiləni düşmənçilik xarakterli fəaliyyət kimi qəbul edəcəyini bildirib.

“Prezidentlik müddəti başa çatana qədər administrasiyam hər şeyi edəcək ki, buna yol verən dövlət öz fəaliyyətinin əvəzini ödəsin. Bu əvəz maliyyə sektoruna qarşı sanksiyalar, aktivlərin dondurulması, kiberməkanda cavab və korrupsiyanın üstünün açılması ola bilər”, - deyə C.Bayden bildirib.

Oxu.Az