“ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası qarşısında təslim oldu”.
İnsider.az xəbər verir ki, bu sözləri ABŞ-da prezidentliyə demokrat namizəd Co Bayden deyib.
C.Bayden D.Trampın öz mənafeyi naminə seçkiqabağı mitinqləri bərpa etmək istəyini tənqid edib.
“Mitinqlərə qayıtmağa çox can atır, bu isə insanları risk altına salır”, - deyə C.Bayden qeyd edib.
Oxu.Az