“Washington Post” və “ABC News” ABŞ prezidenti Co Baydenin işə başlamasının 100 günü münasibəti ilə əhali arasında sorğu keçirib.
“RİA Novosti” xəbər verir ki, sorğuya əsasən, dövlət başçısının reytinqi 52% təşkil edib ki, bu da ABŞ prezidentləri arasında Donald Tramp (42%) və Cerald Forddan (48%) sonra üçüncü ən aşağı göstəricidir.
Qeyd olunur ki, telefon sorğusu 18-21 aprel tarixləri arasında keçirilib. Sorğuda 1007 nəfər yetkinlik yaşına çatmış respondent iştirak edib.
Sorğu iki dildə - ingilis və ispan dillərində aparılıb.