baydenin-populyarligi-en-asagi-hedde-dusub

Baydenin populyarlığı ən aşağı həddə düşüb

ABŞ prezidenti Co Baydenin populyarlığı onun andiçmə mərasimindən bu yana ən aşağı səviyyəyə düşüb.

Respondentlərin yalnız 41%-i onun dövlət başçısı qismində fəaliyyətini bəyənir. Rəyi soruşulanların 53%-i isə əks fikirdədir.

Sorğu yetkinlik yaşına çatmış min nəfər ABŞ vətəndaşı arasında 7-10 noyabrda telefon vasitəsilə ABC telekanalı və “The Washington Post” nəşri tərəfindən keçirilsə də, onun nəticələri bazar günü açıqlanıb.

Mənbə: “The Washington Post”