bayram-gunleri-avtobus-zolagina-daxil-olan-suruclere-cerime-yazilir-aciqlama

Bayram günləri avtobus zolağına daxil olan sürüclərə cərimə yazılır? - AÇIQLAMA

Paytaxtda ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək üçün xüsusi hərəkət zolaqları ayrılıb. Bu zolağa minik avtomobilləri daxil olan zaman sürücüyə 40 AZN məbləğində cərimə tətbiq edilib.

Bu qadağalar bəzi küçələrdə günün müəyyən saatlarında, digərlərində isə günün istənilən saatında aktiv olurdu.

Bildiyiniz kimi, mayın 9-16-na qədər ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Bəs görəsən bu bayram günlərində avtobus zolaqlarına çıxan minik avtomobillərinin sürücülərinə cərimə tətbiq ediləcəkmi?

Məsələ ilə bağlı mediaya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, şənbə-bazar və qeyri-iş günlərində ictimai nəqliyyat işləmədiyi üçün avtobus zolaqlarından istifadədə məhdudiyyət tətbiq edilmir:

“Vacib olan ictimai nəqliyyatın çalışdığı günlərdə sürücülərin avtobus zolağının tələblərinə riayət etmələridir. Məqsəd bu zolaqlara nəzarətin gücləndirilməsi ilə yanaşı sayının da artırılmasıdır”.

Oxu.Az