Bayram günlərində Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Insider.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Avqustun 11-də güclü şimal-qərb küləyinin axşam bir qədər mülayimləşəcəyi gözlənilir. 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək. Sonrakı günlərdə şimal-şərq küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq, 3-8 m/s, arabir 10-12 m/s. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23° isti, gündüz 24-27° isti, sonrakı günlərdə 28-31° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasındahava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də arabir güclənən şimal-qərb küləyi sonrakı günlərdə zəif şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-35° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarındahava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək, sonrakı iki gündə mülayim şərq küləyi əvəz olunacaq. Havanın temperaturu gecə 10-15° isti, gündüz 16-21° isti, bayram günlərində 25°-dək isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20° isti, gündüz 27-32° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarındaavqustun 11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. 12-13-də gündüz saatlarında əksər rayonlarda əsasən yağmursuz. Qərb küləyi 11-də ayrı-ayrı yerlərdə 18-23 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-18° isti, 11-də gündüz 22-27° isti, sonrakı günlərdə 30°-dək isti,
dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti təşkil edəcək.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 11-də səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi 11-də arabir 20-25 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında avqsutun 11-i və 13-də səhər və gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Avqustun 11-də arabir güclənən şərq küləyi sonrakı günlərdə zəifləyəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 25-30° isti, sonrakı günlərdə 33°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 19-24° isti təşkil edəcək.