bazar-biliyi-ve-bazara-inamin-artirilmasi-movzusunda-seminar

“Bazar Biliyi və Bazara İnamın artırılması” mövzusunda seminar

4 iyun 2024-cü il tarixində Bakı Fond Birjası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) birgə təşkil etdiyi “Bazar Biliyi və Bazara İnamın artırılması” mövzusunda seminar keçirilmişdir. Seminarda AFBİA-nın üzv şirkətlərinin rəhbərləri iştirak etmişdir.

Seminar, BBDO, BAT, Boots və BASF Pharma qlobal şirkətlərində 25 ildən yuxarı top menecment və konsaltinq təcrübəsinə malik cənab Turxan Mahmudov tərəfindən keçirilmişdir.

Cənab Mahmudov Azərbaycan da daxil olmaqla Böyük Britaniya, Almaniya, Belçika, Rusiya və Orta Asiyanın 50-dən çox özəl və dövlət şirkətlərinin yüksək səviyyəli layihələrində konsaltinq və məsləhət xidməti göstərmişdir. O, həmçinin kapitalın və aktivlərin idarə edilməsi, bank xidməti sahələri də daxil olmaqla maliyyə xidmətləri sahəsində böyük təcrübəyə malikdir.

Turxan Mahmudov seminar zamanı kapital bazarına inamın artırılması üçün həyata keçirilməsi mümkün olan strateji dəyişikliklər, bu sahə üzrə beynəlxalq təcrübə, eləcə də yerli kapital bazarının cari vəziyyəti  haqqında geniş təqdimatla çıxış etmişdir.