Qlobal bazarların səbrsizliklə gözlədiyi ABŞ-da Avqust ayı kənd təsərrüfatı xaric məşğulluq, işsizlik nisbəti və maaş artımı göstəriciləri açıqlandı. Əmək Nazirliyinin Cümə günkü məlumatlarına görə, ABŞ şirkətlərində məşğulluq artımı Avqust ayında azalaraq Fed-in İyul toplantısının ardından Sentyabrda da faiz endiriminə gedəcəyinə dair gözləntiləri gücləndirib.
İnsider.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, kənd təsərrüfatı xaric məşğulluq Avqust ayında 130 min artıb. Proqnoz 160 min idi.
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Avqust ayında 130 min ilə üç ayın ən aşağı artımını qeyd edib. İyul ayının göstəricisi də 148 mindən 131 minə aşağı istiqamətdə dəyişdirilib.
İşsizlik nisbəti 3.7%-də dəyişməz qalıb. Bu 50 ilin ən aşağı səviyyəsidir.
Orta saatlıq maaşlar bir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3.2 faiz, İyul ayı ilə müqayisədə isə 0.4 faiz artım qeyd edib. Proqnozlar müvafiq olaraq 0.3 faiz, 3.1 faiz idi.
Özəl sektor məşğulluğu 96 min səviyyəsində reallaşaraq üç ayın ən aşağı səviyyəsinə enib.
Kənd təsərrüfatı məşğulluq məlumatı kənd təsərrüfatı xaricində son ay ərzində işləyən insanların sayındakı dəyişiklikləri müəyyən edir. Məşğulluğun artması ölkənin pul vahidinə müsbət təsir göstərir. Kənd təsərrüfatı xaric məşğulluq məlumatının proqnozdan yüksək çıxması dollar üçün pozitiv/buğa, aşağı çıxması isə neqativ/ayı bazarıdır. Yeni iş yerlərinin açılması və nətəcədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.
©Marja