bbc-avroviziya-ucun-17-milyon-funt-sterlinq-odeyecek

BBC “Avroviziya” üçün 17 milyon funt sterlinq ödəyəcək

Britaniyanın BBC telekanalı növbəti “Avroviziya” mahnı müsabiqəsinin ölkədə keçiriləcəyinə görə 17 milyon funt-sterlinq ödəmək məcburiyyətində qalacaq.

Korporasiya öz xərclərini azaltmaq cəhdləri fonunda musiqi yarışmasına ev sahibliyi etmək xərclərini öz üzərinə götürməli olacaq.

Məlumdur ki, bu il maliyyə kəsintisi səbəbindən BBC xərclərini 500 milyon funt-sterlinq azaltmalıdır.

Qeyd edək ki, şirkət son illərdə inflyasiyanın artması səbəbindən artıq 1200 işçisini və mənfəətinin əhəmiyyətli hissəsini itirib.

Bundan əlavə, Böyük Britaniya hökumətinin növbəti iki il üçün lisenziya haqqını dondurması səbəbindən BBC öz xərclərini 285 milyon funt-sterlinq azaltmaq məcburiyyətində qalıb.

Oxu.Az