beden-daxilinde-serbest-semt-goturen-ilk-tibbi-robot-hazirlanib

Bədən daxilində sərbəst səmt götürən ilk tibbi robot hazırlanıb

Mühəndislər insan köməyi olmadan canlı orqanizmdə hərəkət edən ilk robotu nümayiş etdiriblər. Süni intellekt cihaza dəqiq və cəld şəkildə döyünən ürəyin divarları boyu yol tapmağa imkan yaradıb.

İnsider.az bildirir ki, nailiyyət “Science Robotics” jurnalında başda Pyer Düpon (Pierre Dupont) olmaqla, Boston uşaq xəstəxanasından olan qrup tərəfindən dərc edilmiş elmi məqalədə təsvir edilib.

Tibdə insan bədəninə kiçik kəsik vasitəsilə yeridilən və daxili orqanlara doğru hərəkət edən zondlar çoxdan tətbiq olunur. Lakin indiyənədək onlar hamısı əməliyyatçı-cərrah tərəfindən idarə olunub.

Belə texnika ilə avtonom idarə etmə sistemi öz üzərinə aviasiyada avtopilotun etdiyi kimi, eyni funksiyaları götürə bilərdi. Əgər kompüter sərbəst olaraq rutin əməliyyatları yerinə yetirirsə, insan daha qəliz hallar üçün öz gücünü qoruya bilər.

Pilotda olduğu kimi, həkimdən də insan həyatları asılıdır və onun mümkün qədər az yorulması çox vacibdir. Yeni tərtibat hər cərrahın elektron köməkçisinin olmasına kömək edəcək.

Öz məhsulunun potensialını nümayiş etdirmək üçün müəlliflər olduqca qəliz tibbi proseduru – aorta qapağının paravalvulyar sızmasının aradan qaldırılmasını – seçiblər.

Sadə dildə desək, normada bu qapaq ürəyin itələdiyi qanı aortadan sol mədəciyə geri axmağa qoymur. Lakin təbii qabaq protezlə əvəz olunduqda, protez ara-sıra axıdır. Elə məhz bu, paravalvulyar sızma adlanır. Belə ciddi nəticələnə bilən problemlə mexaniki qapağı (təkcə aorta yox) olan bütün pasiyentlərin 5-dən 17%-dək üzləşir.

Bu halda zondun məqsədi qapağın problemli nöqtəsinə sərbəst çatmaq idi. Daha sonra cərrah idarəetməni öz üzərinə götürür və əməliyyatı aparırdı.

Naviqasiya sistemi ideyasını mühəndislər həşəratların bığları və məməlilərin vibrislərindən (“bığları”) götürüb.

Heyvanlarda, bu, onlara məkanda səmtləşməyə imkan yaradan toxunma hissi orqanlarıdır. Məsələn, məlumdur ki, vibrislər sayəsində pişik hətta qapalı gözlərlə labirintdən çıxa bilir.

Düzdür, robot toxunma hissindən deyil, görmə qabiliyyətindən istifadə edib. O, ucluğunda ancaq onun bilavasitə əhatəsini çəkən xırda kamera daşıyırdı. Süni intellekt görüntüləri emal edir və ucluğun nəyə - qan axınına, ürək divarına və ya qapağa – toxunduğuna qərar verirdi.

Bundan başqa, cihaz təzyiq sensoru ilə təchiz edilmişdi. O, təkcə səmtləşməyə kömək etmir, həmçinin robotu ürək divarına ziyan verə biləcək həddən artıq təzyiqdən “çəkindirirdi”.

Sınaqlar donuzun fəaliyyətdə olan ürəyi üzərində aparılıb. Ürəyin aşağı hissəsindəki deşmə vasitəsilə onun daxilinə girərək, cihaz, düz sızma nöqtəsinə çıxaraq, sərbəst şəkildə sol mədəciyin divarı boyu və axıdan qapaq ətrafına yol tapdı. Robota bunun üçün təcrübəli cərrahdan bir qədər çox vaxt lazım oldu.

Düponun sözlərinə görə, texnologiyanın daha bir yaxşı cəhəti də var. Zondun fərdi kompüter görmə qabiliyyəti, adətən, belə əməliyyatlarda istifadə edilən sağlamlıq üçün potensial zərərli rentgenə salma zərurətini aradan qaldıra bilər.

Samirə Məmmədova