bee-de-qumdan-hazirlanan-neheng-tesvir-ginnesin-rekordlar-kitabi-na-dusdu-foto

BƏƏ-də qumdan hazırlanan nəhəng təsvir “Ginnesin Rekordlar Kitabı”na düşdü – FOTO

BƏƏ-nin xəritəsini və ölkə liderlərinin (o cümlədən BƏƏ-nin qurucusu hesab edilən Şeyx Zayed bin Sultan Əl Nəhyanın) portretlərini əks etdirən, 23 min 267,57 kvadratmetr ərazini əhatə edən nəhəng qum rəsmi dünya rekorduna yiyələnib. Təsvir qum üzərindəki ən böyük şəkil kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Təsvir Əbu-Dabi İdman Aviasiya Klubuna məxsusdur və rəssam Nataniel Alapide tərəfindən yaradılıb.

Onun hazırlanmasına 30 gün və hər biri 80 ton olan 150 maşın qum lazım olub. Şəkildə BƏƏ səhrasından gətirilən dörd fərqli rəngdə qumdan istifadə edilib.

Nəhəng əsərin 2022-ci il yanvarın 29-da tamamlandığı məlumdur.

Onun yaradıcılarının “Ginnesin Rekordlar Kitabı”na müraciət edib və cəmi iki həftə ərzində müraciətə baxılaraq təsdiqlənib.

Oxu.Az