BƏƏ höküməti perspektivli texnoloji şirkət təsisçiləri və sahibkarlarına beşillik rezident vizası verməyə başlayıb.
Bu barədə xəbəri İnsider.az BƏƏ-nin “The National” resursuna istinadla bildirir.
İordaniyada baş tutan Yaxın Şərq üzrə beynəlxalq iqtisadi forumda yüz ərəb texnoloji startap iştirakçılarına ilk vizaların verilməsi elan edildi.
Bu qərar resursun yazdığına görə, BƏƏ-ni ən innovativ və dinamik ölkələrdən biri olmağa kömək edəcək.
Beşillik vizaları şirkətlərin sahibləri, təsisçiləri və ya partnyorları ala biləcəklər, ancaq bu cür vizalara üç əsas əməkdaşdan çox adam iddia edə bilməz. Texnoloji startap istənilən ölkədən ola bilər.
“Biz bu regionda çoxlu sayda istedad görüb forumda yüz ərəb ölkəsindən başladıq. Biz bu istedadları istifadə etmək istəyirik, lakin təklif hamıya açıqdır”, - deyə “Dubai Future Foundation”-nun baş icraçı direktoru Halfan Bəhlul bildirir.
BƏƏ hakimiyyəti həmçinin məhşur alimlər, yüksək ixtisaslı mütəxəssislər və istedadlı tələbələrin beş və on illik viza ərizələrinin qəbuluna başlayıb.
Samirə Məmmədova