belcikada-11-yasli-usaq-universitet-mezunu-olub

Belçikada 11 yaşlı uşaq universitet məzunu olub

Belçikanın Ostende şəhərində dünyaya gələn Loran Simonsun IQ səviyyəsi 145-ə bərabərdir.

“Haber Global” bildirir ki, 11 yaşlı oğlan Anvers Universitetinin Fizika fakültəsinin üç illik proqramını bir ilə tamamlayaraq ali məktəb məzunu olub.

O, hədəfinin əbədi həyat olduğunu bildirib.

“Hədəfim ölümsüzlükdür. Bədənimizin mümkün qədər çox hissələrini mexaniki vasitələrlə əvəz etmək istəyirəm. Bunun yolu isə kvant fizikasından keçir”, - deyə vundrkind bildirib.

Qeyd edək ki, hazırda dünyanın ən gənc universitet məzunu adını 10 yaşında ikən ABŞ-ın Alabama Universitetini bitirən Maykl Kerni daşıyır.