“Qızıl quyu” limonadı və “Beloçka” günəbaxan tumları istehsal edən şirkətin rəhbərinin pulu mənimsənilib.
İnsider.az-ın xəbərinə görə, “Ayan” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri Bayramov Elman Xalid oğlu şirkətin satış meneceri tərəfindən aldadılıb. O polisə şikayətində bildirib ki, satış meneceri Zahid Abdullayev şirkətin 22 min manat pulunu mənimsəyib.
Bununla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, “Ayan” MMC “Qızıl quyu” limonadı və “Beloçka” günəbaxan tumları istehsalı edən müəssisədir.
Mənbə: “Report”