İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni İtaliya Senatına üzv seçilib.
Seçkinin nəticələri İtaliya Daxili İşlər Nazirliyinin dərc etdiyi yekun siyahıda öz əksini tapıb.
85 yaşlı siyasətçi birmandatlı Monza (Lombardiya regionu) dairəsində səslərin əksəriyyətini toplayaraq qalib gəlib.
Onun Senatın sədri olacağı istisna edilmir. İtaliyada bu vəzifə hakimiyyət iyerarxiyasında prezidentlikdən sonra ikinci postdur.
Qeyd edək ki, sentyabrın 25-də İtaliyada növbədənkənar parlament seçkiləri keçirilib.