beseriyyet-tezlikle-dagilacaq-alimler-sebebleri-aciqladi

Bəşəriyyət tezliklə dağılacaq - Alimlər səbəbləri açıqladı

Hazırkı vəziyyətdə bəşəriyyətin sonu yaxınlaşıb. İnsider.az "The Independent"-ə istinadla xəbər verir ki, bu barədə avstraliyalı alimlərin hesabatında deyilir.

Bunun əsas səbəbləri kimi iqlim dəyişikliyi, hökumətlərin fəaliyyətsizliyi və bunun nəticəsi olaraq iqtisadi-sosial böhran göstərilir.

Ekspertlər yaxın gələcəkdə neft və qazın istehlakının azaldılması üzrə ciddi səylərin olmayacağını əsas gətirərək, 2030-cu ildə havanın çirkləndirilməsinin pik səviyyəsinə çatacağını proqnozlaşdırır. Nəticədə 2050-ci ilədək Yerdə havanın hərarəti sənayə dövründən öncə olan göstəricilərlə müqayisədə 3 dərəcə artacaq. Bu səbəbdən dənizlərdəki buzlar əriyəcək, Amazoniyada genişmiqyaslı quraqlıq olacaq.

Həmçinin Asiya və Qərbi Afrikada, habelə Qolfstrimdə mussonların bölünməsində dəyişikliklər olacaq, bu isə Avropadakı vəziyyətə mənfi təsir göstərəcək. Şimali Amerika dağıdıcı təbii fəlakətlərdən, o cümlədən meşə yanğınları, quraqlıq və sel sularından əziyyət çəkəcək. Asiyada çaylarda suyun səviyyəsi azalacaq, Meksika və Mərkəzi Amerikada yağıntılar səviyyəsi iki dəfə aşağı düşəcək.

2100-ci ildə Yer kürəsində havanın orta temperaturu 5 dərəcə artacaq.

Qeyd olunur ki, 4 dərəcə istiləşmə mövcud qlobal cəmiyyət təşkilinə ziddir, həmçinin ekosistemlərə dağıdıcı təsir göstərir. Hətta 2 dərəcə istiləşmə insanların isti ölkələrdən kütləvi köçünə səbəb olacaq. Nəticədə iqlim qaçqınlarının sayı bir milyarda çata bilər.

© Oxu.az