Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru vəzifəsinə namizədliklərin irəli sürülməsi prosesi sentyabrın 5-də başa çatıb.
İnsider.az xəbər verir ki, bu kürsüyə dörd namizəd qeydə alınıb.
Bunlar İAEA-nın baş direktoru əvəzi, Rumıniyanın Vyanadakı beynəlxalq təşkilatlarda sabiq daimi nümayəndəsi Kornel Feruta, Argentinanın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Rafael Qrossi, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo, Slovakiya Nüvə Nəzarəti İdarəsinin sədri Marta Jakovadır.
Bu il 22 iyul tarixində İAEA baş direktoru Yukia Amano vəfat edib. Oktyabr ayında bəlli olacağı gözlənilən yeni rəhbər yanvarın 1-dək vəzifəsinin icrasına başlamalıdır.
©Report