beynelxalq-bankinda-yeni-teyinat

Beynəlxalq Bankında yeni təyinat

“Express Bank”ın keçmiş sədrinə “Azərbaycan Beynəlxalq Bankı”nda vəzifə verilib

İnsider.az xəbər verir ki,  Bankın verdiyi məlumata görə, İlham Həbibullayev Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsinə təyin edilib. 

1977-ci il təvəllüdlü İlham Həbibullayev 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. 1995-ci ildən bank-maliyyə sektorunda olan İ.Həbibullayev ayrı-ayrı banklarda, o cümlədən Unibank və Expressbankda müxtəlif vəzifələrdə çalışıb. 2010-2017-ci illərdə Exspressbankın İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən son təyinata qədər isə bankın İdarə Heyətinin sədri olub.

©"Marja"