ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq İyulda 164 min artıb, işsizlik nisbəti 3.7%-də qalıb.
İnsider.az xəbər verir ki, ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, ölkədə kənd təsərrüfatı xaric məşğulluq iyulda 164 min artaraq iqtisadiyyatdakı çətinliklərə baxmayaraq, məşğulluq bazarının gücünü qoruduğunu göstərib.
İşsizlik nisbəti dəyişməyərək 3.7%-də qalıb. Maaş artımları isə sürətlənib.
Proqnoz məşğulluqda 165 min artım olması, işsizliyin də 3.6%-ə geriləməsi idi.
Orta saatlıq maaş proqnozdan yüksək - aylıq 0.3%, illik 3.2% artıb. Proqnoz aylıq 0.2%, illik 3.1% artım olacağı istiqamətində idi.
İyun ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 224 mindən 193 minə dəyişdirilib. May və iyun ayları üzrə cəmi 41 min aşağı reviziya edilib.
©Marja