beynelxalq-diplomatik-arasdirma-1-kitabi-nesr-edildi

“Beynəlxalq Diplomatik Araşdırma-1” kitabı nəşr edildi

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin KİAMP-Karabakh Azerbaijan Milli Platforması Türkiyə Cumhuriyeti Baş Koordinatorluğu “Beynəlxalq Diplomatik Araşdırma-1” onlayn kitabını nəşr edib.
Kitabda Qarabağla bağlı diplomatik prosedurlar və Azərbaycan diplomatiyası adlı akademik bölmələr türk və xarici akademiklər tərəfindən maraqla qarşılanıb. Kitab KIAMP Türkiyə Cumhuriyəti Baş Koordinatorluğu tərəfindən 31 dekabr 2022-ci ildə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və İkinci Qarabağ Müharibəsində Qələbənin 2-ci il dönümünə həsr olunub.
Qeyd etmək istərdik ki, KİAMP-Karabakh is Azerbaijan Milli Platformu Türkiyə Cümhuriyyəti Baş Koordinatorluğu, daha əvvəl 2021-ci ildə “Karabakh is Azerbaijan Uluslararası Diplomatik Araşdırmalar”ın 1 və 2-ci cildləri nəşr olunub.

Kitabda, Xarici siyasət və diplomatiyanın dövlətlərin bir-biri ilə sosial, mədəni, iqtisadi, hərbi və siyasi əlaqələrinin tənzimlənməsi və inkişaf etdirilməsi baxımından böyük əhəmiyyətindən bəhs edir. Həmçinin, Diplomatiyanın xarici siyasətin ən mühüm tamamlayıcı elementlərindən biri və ölkəni beynəlxalq toplantılarda ən yaxşı şəkildə təmsil etmək bacarıq və ustalıq tələb edən sənət olduğu və problemlərin həllinə, dinc üsul və münasibətlərin inkişafına, münaqişələrdən əvvəl böhranın həllinə, sülhün qorunmasına və bərqərar olmasına xidməti ehtiva edilir.