beynelxalq-logistika-sirketine-mexsus-teyyare-iki-hisseye-bolunub

Beynəlxalq logistika şirkətinə məxsus təyyarə iki hissəyə bölünüb

Almaniyanın və dünyanın aparıcı logistika şirkəti - DHL-ə məxsus “Boeing 757” təyyarəsi Kosta Rikanın San Xose Xuan Santamaria Beynəlxalq Hava Limanında qəza enişi etdikdən sonra iki hissəyə bölünüb.

Bu barədə xarici mətbuat xəbər verir.

Məlumata görə, 22 ildir ki, istismarda olan təyyarə havaya qalxdıqdan 25 dəqiqə sonra onun hidravlikasında problem aşkar edilib və pilot aeroporta qayıtmağa qərar verib. Avialayner hava limanına endikdən sonra uçuş-enmə zolağından çıxıb və qırılma da burada baş verib. Heyət üzvlərindən heç biri xəsarət almayıb.

DHL hadisə ilə bağlı hava limanı mütəxəssisləri ilə birlikdə araşdırma aparıldığını və yekun qərar qəbul ediləcəyini bəyan edib.

Report