Beynəlxalq Valyuta Fondu (BVF) sədri Avropa Mərkəzi Bankı (AMB) sədrliyinə namizəd göstərilib. Christine Lagarde-dan boşalacaq vəzifəyə təyin edilməsi üçün beş ad üzərində razılıq əldə olunub.
İnsider.az xəbər verir ki, "Deutsche Welle"-in məlumatına görə, Hollandiyanın keçmiş Maliyyə naziri və Avro Qrupunun rəhbəri Jeroen Dijsselbloem, Avropa Birliyi Komissiyasının keçmiş Genişlənmədən Məsul üzvü finlandiyalı Olli Rehn, İspaniyanın İqtisadiyyat naziri Nadia Calvino, Avro Qrupu rəhbəri və Portuqaliyanın Maliyyə naziri Mario Centeno və keçim AB Komissiyasının Sədr müavini bolqar Kristalina Georgieva BVF liderliyi üçün beş namizəddir.
İyul ayının sonuna qədər tək bir ad üzərində razılaşma olmalıdır.
Ənənəvi olaraq BVF-nin rəhbərliyinə bir avropalı, BVF-nin qardaş qurumu Dünya Bankının rəhbərliyinə isə bir amerikalı seçilir. İnkişaf etməkdə olan ölkələr isə, yazılı olmayan bu qanuna qarşı çıxır.
Lagarde-ın BVF-dakı vəzifəsini 12 Sentyabrda təhvil verəcək.
©Marja