beynelxalq-valyuta-fondunun-rehberi-istefa-verib

Beynəlxalq Valyuta Fondunun rəhbəri istefa verib

Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard istefa verib.

İnsider.az bu barədə TASS-a istinadən xəbər verir. İstefaya səbəb onun Avropa Mərkəzi Bankının direktorluğuna namizədliyini irəli sürməsidir.

Qeyd edək ki, bu qərar sentyabr ayında qüvvəyə minəcək - Laqard BVF-in baş direktoru vəzifəsini sentyabrın 12-dək icra edəcək.