Biz ac olan zaman beynimiz təhlükəli rejimdə işləyir. Mürəkkəb məsələlərin və işlərin həllini tapmaq beyin üçün çətin olur. Beynin əsas yanacağı, digər əzalarımızdan fərqli olaraq, yalnız qlükozadır. Bədənimizdə qlükoza ehtiyatı istifadə etdiyimiz yeməklərlə yaranır.
“Beynimizə şəkər lazımdırmı?” sualına cavab olaraq birmənalı demək olar ki, şəkər - xeyr; qlükoza – bəli!
Beynimizin yeganə yanacağı qlükoza sayılır. Qlükozadan başqa beynimiz heç nə ilə qidalanmır. Beynimiz bədən həcminin cəmi 2%-ni təşkil etsə də, qəbul etdiyimiz kalorilərin 20%-ni bu orqan mənimsəyir.
Gündəlik olaraq beynimizə 120 qram qlükoza lazım olur ki, bu da 420 kkal-yə bərabərdir (arıqlayanların nəzərinə). Beyin qlükozanı qidadan alır. Beyində artıq qlükozanı saxlamaq üçün heç bir ehtiyat yoxdur, ona görə də, qlükozanın qəbulu davamlı olmalıdır. Belə nəticəyə gəlmək olar ki, beyin qlükoza ilə yaxşı işləyir və onun azlığında zəifləyir. Beyinə ötürülən qlükoza ilə bağlı hər hansı problem zehni inkişafa təsir edir. Bəzi hallarda bu, huşun itirilməsinə də səbəb olur. Buna tibdə hipoqlikemiya deyirlər (qanda şəkərin kəskin azalması).
Bir sıra dietoloqlar və bloqerlər karbohidratların ziyanlı olduğunu iddia edir. Amma unutmaq olmaz ki, beyin qlükoza istehlak etməlidir. Qlükoza isə karbohidratdır. Lakin diqqətli olun! Tort və şirniyyatdan istifadə etmək olmaz.
Bəs onda qlükozanı haradan alaq? Əsas problem odur ki, insanlar karbohidrat olaraq əsas qida kimi un və şəkər məhsullarını - şəkər, çörək, şirniyyat və s. qəbul edirlər. Lakin bu qidalar qlükoza mənbəyi deyil. Qlükozanın daimi qəbulu üçün bir çox meyvə və tərəvəz var. Qlükoza məhsullarının siyahısını sizə təqdim edirik:
Bizə gün ərzində nə qədər qlükoza lazımdır?
Elmi araşdırmalar zamanı müəyyən edilib ki, beyin dəqiqədə 32 mkmoll qlükoza yandırır. Yəni beynin sağlam və gümrah qalması üçün fərdi olaraq gün ərzində 62-120 qr qlükoza lazımdır. Çəki və boy göstəricilərindən asılı olaraq, bu miqdar kimdəsə az, kimdəsə çox ola bilər.
Ona görə də, beyninizin inkişafı və sağlamlıq üçün mütləq qlükoza qəbul edin.
Oxu.Az