beyrutdaki-dehsetli-partlayisin-sebebi-melum-oldu-video

Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb.

Livanın “LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.

“Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, - telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 78 nəfər ölüb, dörd mindən artıq insan yaralanıb.

Hazırda Beyrut fəlakət bölgəsi elan edilib.

 

04.08.2020 21.12

Livanın paytaxtı Beyrutda baş verən dəhşətli partlayışda çox sayda insan yaralanıb.

İnsider.az xəbər verir ki, partlayış şəhərin liman bölgəsində olub.

Məlumata görə, səbəbi hələ məlum olmayan iki partlayış baş verib.

Partlayışın əks olunduğu videonu diqqətinizə çatdırırıq:

Qeyd edək ki, yerli media dağıntılar altında qalan insanların olduğuna dair məlumatlar yayılıb.