ABŞ-ın bir neçə nəhəng media təşkilatları jurnalistlərinin ABŞ Prezidenti Donald Trampın COVID-19 virusuna yoluxması təhlükəsi səbəbindən təşviqat kampaniyasına qatılmalarına icazə verməyib. Bu barədə INTERFAX.RU “The New York Times” nəşrinə istinadən yazır.
Mənbə “The New York Times”dan əlavə, “The Wall Street Journal” və “The Washington Post” qəzetlərinin müxbirlərinin də prezidentin qatıldığı təşviqat kampaniyasına getmələrini qadağan edib.
Bundan əlavə, “BuzzFeed News”, “Politico” və “Hearst” qəzetlərinin işçiləri də son günlər vəzifə səlahiyyətlərindən yayınıblar.
Bunun Ağ Evin Müxbirlər Assosiasiyasını prezident administrasiyasının mətbuat sahəsinin vəzifələrini icra etmək üçün digər jurnalistləri axtarmağa məcbur etdiyi qeyd olunur.
“Times Washington” bürosunun rəhbəri Yelizabet Bumiller:
“Ağ Ev müxbirlərinin təhlükəsizlikləri ilə bağlı narahatlıqları var idi və bu müddət ərzində prezidentlə səyahət etməkdən çəkinirdilər”, - deyə bildirib.
Jurnalistlər uçuş heyətinin, Məxfi xidmət agentlərinin və Ağ Evin işçilərinin prezident təyyarəsinin göyərtəsində tibbi maskadan istifadə etməmələrindən narahat olublar. Bundan əlavə, onların bəzisi COVID-19 virusuna yoluxmalarına baxmayaraq, lazımi iki həftəlik karantin müddəti bitmədən işlərinə qayıdırlar.
Prezidentin özü bu yaxınlarda COVID-19 testinin müsbət olmasına baxmayaraq, o üç gün xəstəxanada yatdıqdan sonra Ağ Evə qayıdıb və prezident təyyarəsinə maskasız minib.
Daha öncə Trampı müalicə edən həkim Şon Konli ABŞ prezidentinin COVID-19 testinin artıq bir neçə gündür ki, mənfi nəticə göstərdiyini söyləyib.
Bazar ertəsi ABŞ prezidenti Sanforddakı (Florida ştatı) seçkiqabağı təşviqat kampaniyasına qatılıb. ABŞ liderinin daha sonra Pensilvaniya, Ayova və Şimali Karolinada keçiriləcək tədbirlərdə iştirakı planlaşdırılır.