Niderland mətbuatında çıxan xəbərlərə görə, De Hef kimi tanınan məşhur Koninqshaven körpüsünün orta hissəsi milyarder Ceff Bezosun super yaxtasının oradan keçə bilməsi üçün qismən söküləcək.
430 milyon avro dəyərində olan nəhəng, üç dirəkli əyləncə gəmisi açıq dənizlərə çıxması üçün Rotterdamdan keçməlidir və 40 metrlik eni olan körpü üçün çox böyükdür.
Bu problemi aradan qaldırmaq üçün körpünün orta hissəsinin söküləcəyi və bütün əməliyyat xərclərinin Bezos tərəfindən ödəniləcəyi açıqlanıb.
De Hef 1878-ci ildən inşa edilib. Onun müasir versiyası 1927-ci ildə təqdim olunub. İkinci Dünya Müharibəsi zamanı bombalardan böyük ziyan görən körpü şəhərdə bərpa edilən ilk tikililərdən biridir.
1993-cü ildə dəmir yolu körpüsü kimi fəaliyyətini dayandırıb və milli abidə olaraq qalır.
Oxu.Az