Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100789S dövlət qeydiyyat nömrəli, 150 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
İnsider.az-a BFB-yə istinadən xəbər verir ki, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiymət intervalı 99,5167 (6,24%) və 99,5543 (5,76%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 573 310 100 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5543 manat (5,76%), orta ölçülmüş qiyməti 99,5543 manat (5,76%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.
Notların ödəmə tarixi 3 mart 2021-ci ildir.
APA