bfb-de-amb-nin-200-mln-manatliq-notlari-yerlesdirilib

BFB-də AMB-nin 200 mln. manatlıq notları yerləşdirilib

Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Mərkəzi bankının (AMB) 50101276S  dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

İnsider.az BFB-yə istinadən xəbər verir ki, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 19 investor tərəfindən qiyməti 99,4966 AZN (6,51%) olan 33 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 975 169 000 AZN olub.

Qeyd edək ki, AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99,4966 AZN (6,51%), orta ölçülmüş qiyməti 99,4966 AZN (6,51%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi – 14.08.2019.