"Əgər Elondan daha az pulunuz varsa, diqqətli olmalısınız"
Dünyanın ən varlı üçüncü adamı, Microsoftun qurucularından biri Bill Gates Bitcoin tərəfdarı olmadığını bildirib.
Bloomberg-ə müsahibə verən Gates, Elon Musk-ın 1,5 milyard dollarlıq Bitcoin sərmayəsinə toxunaraq, "Elonun çox pulu var və çox istiqamətli biridir. Onun Bitcoin-lərinin aşağı ya da yuxarı getməsi məni narahat etmir" deyib.
Bitcoin sərmayəçilərinə diqqətli olmaları lazım olduğunu ifadə edən Gates, "Əgər Elondan daha az pulunuz varsa, diqqətli olmalısınız" deyib.
1,5 milyard dollarlıq sərmayəsinə qarşı Bitcoin-də həddindən artıq qiymətlənmə olduğuna diqqət çəkən Musk-ın qarşısında Bitcoinə son dövrdə tənqidi yaxınlaşanlar arasında Gates ilə bərabər Warren Buffett və ABŞ Xəzinə Naziri Janet Yellenin adları önə çıxır.
Milyarder investor Warren Buffett, kriptovalyutaların hər hansı bir dəyərinin olmadığını və bir şey istehsal etmədiyini vurğulayıb.
Yellen də Bitcoin mövzusunda, "Bitcoin olduqca spekulyativdir, insanlar diqqətli olmalıdır, ümumiyyətlə qeyri-qanuni maliyyə üçün istifadə edilən Bitcoin səmərəsizdir" ifadələrini istifadə etmişdi.
Marja