“Microsoft”un həmtəsisçisi Bill Geyts ənənəvi olaraq yay qiraəti üçün beş kitab tövsiyə edib. Sirr deyil ki, karantin günlərində məşğuliyyətlərin və səmərəli zaman keçirmək üsulları arasında ilk sıralarda duran qiraətdir.
İnsider.az xarici mətbuata istinadən məşhur iş adamı bu yayda oxunmasını tövsiyə etdiyi kitabların siyahısını təqdim edir.
“Seçim”, Edit Yeva Eger
Qismən memuar, qismən isə yaşanan travmaların öhdəsindən gəlmək üçün təlimatdır. Ailəsi ilə birlikdə Auşvitsə göndəriləndə Egerin cəmi 16 yaşı var idi. Dəhşətlər yaşayan qız, ABŞ-a köçdükdən sonra psixoloq olub. Onun əsrarəngiz uzaqgörənliyinin səbəbi unikal keçmişdir. Ağır situasiyaya düşən insanlar onun məsləhətlərindən bəhrələnə bilərlər.
“Buludlu Atlas”, Devid Mitçell
Bu oxuduqdan sonra uzun müddət danışıb və düşünəcəyiniz romanlardan olacaq. Müxtəlif əsrlərdə baş verən hadisələrdən ibarət süjeti izah etmək bir qədər çətindir. Gəmidə həkimlik edən gənc amerikalının əhvalatını daha çox bəyənən Bill Geytsin sözlərinə görə, yaxşı və pis bəşəriyyətə dair ruha toxunan hadisələrə hazırsınızsa o zaman siz də əsərə valeh olacaqsınız.
“Bir ömür sürən səfər”, Bob Ayger
Bill Geyts bu kitabı son illərdə biznes haqqında oxuduğu kitablar içində ən yaxşılardan biri adlandırıb. Müəllif nəhəng şirkətin baş direktoru olmağı bütün incəlikləri ilə təsvir edib.
Onun fikrincə, “Disney”-in tarixində yenidənqurma kimi yadda qalan dövrdə onun rəhbərliyinə dair hadisələr, biznesi anlamaq və ya sadəcə maraqlı qiraət arzusunda olan hər bir oxucunun marağına səbəb olacaq.
“Böyük qrip”, Con Barri
Biz bənzəri olmayan bir dövrdə yaşayırıq. Amma əgər siz tarixi müqayisələr axtarırsınızsa, o zaman 1918-ci il İspan qripi pandemiyası buna ən yaxın olan məfhumdur. Müəllif bəşəriyyət tarixində ən ölümcül qığılcımlardan biri haqqında bütün məlumatı verir.
1918-ci il fərqli dövr olsa da, həmin dövrdə tüğyan edən “İspan qripi” hələ də eyni problemlərlə üzbəüz qaldığımıza dair gözəl xatırlatmadır.
“Çətin zamanlar üçün yaxşı iqtisadiyyat”, Abhidcit Banerci və Ester Düflo
Abhidcit Banerci və Ester Düflo 2019-cu ildə İqtisadiyyat üzrə Nobel mükafatı alıblar. Hazırda ən yaxşı iqtisadçılardan olan müəlliflər, həm də adi insan üçün iqtisadiyyatı çox anlaşılan dildə təqdim edə bilirlər.
Onların yeni kitabı bərabərsizliyə və siyasi fikir ayrılığına, ABŞ kimi zəngin ölkələrdə müzakirələrə həsr olunub.