“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts koronavirus pandemiyası zamanı əsl hədəfinin nə olduğunu açıqlayıb. Onun sözlərinə görə, əsas məqsədi infeksiyaya qarşı peyvəndi dünyada yaymaqdır.
İnsider.az xəbər verir ki, bu barədə BBC xəbər yayıb.
Milyarder bildirib ki, GAVI-nin (“Bill and Melinda Gates” Fondu tərəfindən dəstəklənən Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyans) məqsədi 7,4 milyard dollar toplamaqdır:
“GAVI koronavirus peyvəndini inkişaf etməkdə olan ölkələrə çatdırmaqla məşğul olacaq”.
Qeytsin sözlərinə görə, ilk peyvənd epidemiyanın davam etdiyi ölkələrin həkimlərinə, onlardan sonra isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına və təcili yardım xidmətlərinə verilməlidir:
“Əgər onların qorunması təmin edilərsə, qalan insanlara keçmək olar... Bunu bütün dünya miqyasında etmək lazımdır”.
Oxu.Az