“Microsoft”un qurucusu, milyarder Bill Qeyts koronavirusun yeni, daha yoluxucu ştammının yaranma ehtimalı barədə danışıb.
Milyarderin sözlərinə görə, 2022-ci ildə COVID-19-un daha yoluxucu variantının ortaya çıxması ehtimalı azdır.
B.Qeyts əlavə edib ki, “Omikron” ştammı ilə əlaqədar bir çox insan azı gələn il immunitetə malik olacaqlar:
“Ola bilər ki, bir müddət hər il koronavirusa qarşı peyvənd olaq”, - deyə “Microsoft”un qurucusu vurğulayıb.
Oxu.Az