bir-emekdasa-dusen-gelir-abs-sirketlerinin-top-25-liyi

Bir əməkdaşa düşən gəlir: ABŞ şirkətlərinin top-25-liyi

Hər il ekspertlərin “Revenue Per Employee” (şirkətin bir əməkdaşına düşən gəlir) reytinqini tərtib etdikləri şirkətlərin tədqiqatı çıxır.

Bu reytinqdə “S&P 500”-dən olan şirkətlər, yəni səhmləri “NYSE” və ya “NASDAQ” birjalarında yerləşdirimiş Amerikanın 500 ən iri şirkəti iştirak edir.

Bir işçiyə düşən gəlir göstəricisi (RPE) şirkətlərin insan kapitalını nə qədər effektiv istifadə etdiklərinin indikatorudur.

Aşağıdakı cədvəldə hər sektorda RPE artımının orta göstəricisi verilib. Bu, hansı sektorun insan kapitalını daha effektiv istifadə etdiyini anlamağa kömək edir. Ümumilikdə, energetika və kommunal xidmətlər sektoru bir işçiyə olan gəlir sahəsində lider olaraq qalır.

Ondan dərhal sonra səhiyyə, mobil əlaqə və kommunikasiya, həmçinin maliyyə xidmətləri kimi sektorlar gəlir.

Qeyd olunur ki, bütün sektorlar 2017-ci illə müqayisədə 2018-ci ildə bir işçiyə olan gəlir artımının müsbət dinamikasını nümayiş etdiriblər.

“Qida və içkilər” sektoru işçiyə olan gəlir artımının ən yüksək göstəricisini nümayiş etdirib, lakin bununla belə bu göstərici üzrə autsayderlərdən biri kimi qalıb. Ötən illə müqayisədə göstərici artımı 22% təşkil edib.

“Energetika və kommunal xidmətlər” də işçiyə olan gəlir göstəricisinin əhəmiyyətli artımını nümayiş etdirib – 12%.

Aşağıdakı cədvəldə müqayisə üçün 2017-ci ilin göstəriciləri və 2018-ci ildə işçiyə düşən gəlirin ən yüksək göstəriciləri olan şirkətlərin top-25-liyi verilib.

“Valero Energy Corporation” energetika şirkəti reytinqə 11,4 milyon dollarlıq göstəricilə başçılıq edir.

Bütövlükdə, qeyd olunur ki, energetika şirkətləri reytinqdə insan kapitalının effektiv istifadəsi üzrə dominantlıq edir. 25 şirkətdən 17-si energetika sektorunun şirkətləridir. Onların arasında “Phillips 66”, “Cabot Oil & Gas”, “EOG”, “HollyFrontier”, “ONEOK” və “Exxon Mobil” var.

Top-25-liyə həmçinin səhiyyə sektorundan üç şirkət daxil olub: “AmerisourceBergen”, “Cardinal Health” və “McKesson”. 
Həmçinin burada iki maliyyə şirkəti də var: “Everest Re Group” və “CBOE Holdings”. Reytinqə daxil olmuş yeganə texnologiya şirkəti “Netflix”-dir.

Müqayisə üçün aşağıdakı cədvəldə 2018-ci ildə əməkdaşa düşən gəlirin ən aşağı göstəricilərini nümayiş edən şirkətlər və müqayisə üçün 2017-cil üzrə məlumatlar verilib.

2017-ci ildə olduğu kimi, işçiyə düşən gəlirin ən aşağı göstəricisi olan şirkətlər reytinqinə istehlak sektorunun şirkətləri başçılıq edir.

Belə şirkətlər ənənəvi olaraq iş üçün daha çox əməkdaş sayını tələb edir.

Xüsusilə, söhbət “Darden Restaurants”, “Chipotle Mexican Grill”, “Starbucks”, həmçinin “McDonald’s” kimi şirkətlərdən gedir. Onlar hamsı aşağı RPE göstəricisi olan şirkətlərin siyahısına daxildir.

Bundan başqa, daha çox işçi sayını “Accenture” və “Cognizant” kimi konsaltinq şirkətləri də tələb edir. Onların fəaliyyəti birbaşa öz xidmətlərini müştərilərə təklif edən məsləhətçi sayı ilə bağlıdır.

Əlavə olaraq, ekspertlər bir ilə insan kapitalının istifadəsinin effektivliyinin ən böyük artımını nümayiş etdirən şirkətlərin reytinqini tərtib ediblər.

Aşağıdakı cədvəldə 2018-ci ildə ən böyük göstərici artımını nümayiş etdirən 25 şirkət və müqayisə üçün 2017-ci ilin məlumatları verilib.

Bioəczaçı “Nektar Therapeutics” şirkəti, 2017-ci illə müqayisədə 219% artım göstərərək, reytinqə başçılıq edir. Mütləq göstəricilər üzrə liderlik edən energetika şirkətləri də bu siyahıya düşüb.

Qeyd olunur ki, “KFC”, “Taco Bell” və “Pizza Hut”-ın məxsus olduqları “Yum! Brands” ana şirkəti ötən il bir əməkdaşa olan gəlir göstəricisini 70,8%-ə artıra bilib.

Lakin bu, şirkətin illik hesabatından verilən məlumatlara əsasən, 2017-ci ildə 50,354 nəfərdən 2018-ci ildə 32,076 nəfərə qədər əməkdaş sayının ixtisarının nəticəsidir.

Aşağıdakı cədvəldə 2018-ci ildə bir işçiyə düşən gəlir göstəricisinin ən çox azalmasını nümayiş edən şirkətlər və müqayisə üçün 2017-ci ilin məlumatları verilib.

Bu siyahıya iki maliyyə şirkəti olan “Total System Services” və “Global Payments” liderlik edir.

Ən iri oyuncaq istehsalçısı olan “Hasbro” 18,2%-ə azalma nümayiş etdirib.

Bir işçiyə düşən absolyut gəlir göstəriciləri üzrə liderlərdən biri olmuş səhiyyə sektorunda da göstərici azalmasını nümayiş edən şirkətlər vardı: 25 şirkətdən 7-si.

Bundan başqa, ekspertlər “S&P 500” sayından ayrıca texnologiya şirkətlərini və 2018-ci ildə bir işçiyə olan gəlir göstəricilərini gözdən keçiriblər.

Reytinqə başçılığı bir işçiyə 2 milyon dollardan çox gəlir yaradan yeganə texnologiya şirkəti “Apple” edir.

“Facebook” və “Google”-un ana şirkəti olan “Alphabet” də yüksək nəticələr nümayiş ediblər – bir işçiyə 1 milyon dollardan çox gəlir.

Texnologiya sektoru üçün orta RPE göstəricisi 700 min dollardan bir qədər az təşkil edib. Texnologiya şirkətlərinin artımının orta göstəricisi 2017-ci illə müqayisədə 7,3%-dir.

Əsas nəticələr:

• 2017-ci ildən 2018-ci ilədək bir işçiyə ən yüksək gəlir artımı göstəricisini nümayiş edən şirkətlər bunlardır: “Nektar Therapeutics”, “Pioneer Natural Resources Company”, “PVH”, “Cabot Oil & Gas Corporation” və “Sempra Energy”. Onlardan hər biri 70%-dən çox artım nümayiş edib, bununla yanaşı reytinq liderinin (Nektar Therapeutics) artım göstəricisi 219%-ə çatıb.

• Bir işçiyə düşən gəlir səviyyəsinə görə energetika şirkətləri əvvəlki kimi lider mövqeləri tuturlar: top 25-likdən 75%-i məhz bu sektorun şirkətləridir.

• İstehlak sektorunun şirkətləri fəaliyyətdə qalmaq üçün daha çox işçi sayını tələb edir ki, bu da bir işçiyə olan gəlirin aşağı göstəricilərinə gətirib çıxarır.

• “Qida və içkilər” sektorunun şirkətləri, restoranlar daxil, həmçinin bir işçiyə düşən gəlirin aşağı göstəricilərinə sahibdirlər, lakin onlar yüksək artım göstəricilərini nümayiş ediblər: 2017-ci illə müqayisədə 22%.

Samirə Məmmədova