birbank-ile-125-milyon-manatdan-artiq-vesait-ehaliye-qaytarilib

Birbank ilə 125 milyon manatdan artıq vəsait əhaliyə qaytarılıb

2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir. Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır.

Bu layihənin təqdim edilməsindən 2 il keçməsinə baxmayaraq artıq əhaliyə 200 milyon manat vəsait geri qaytarılıb ki, bu göstəricinin 125 milyonu manatı Birbank istifadəçilərinin payına düşür. Bundan başqa 2 il ərzində qaytarılan çek sayı 500 milyon olub ki, bu göstəricinin də 350 milyonu Birbank vasitəsilə həyata keçirilib.

Məlumat üçün bildirək ki, əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və Birbank oldu. İstifadənin daha rahat olması üçün Birbank-ın “Bonuslar” hissəsində “ƏDV geri al” bölməsi yaradıldı. Bununla da Birbank-ın QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkündür.

Bundan başqa virtual “pul qabı”na yerləşdirilən vəsaiti Birbank vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də Birbank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.

Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya Birbank-a müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabinet və ya Birbank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər. Həmçinin BirKart ƏDV kartı ilə müştərilər əməliyyat apararkən 2 qat ƏDV bonusu qazanırlar. Bunun üçün yeni kartı Birbank-da qeydiyyat etmək və nağdsız ödənişlər həyata keçirmək kifayətdir.