Bu gün İstanbulda Milli müdafiə Universitetində Taxıl dəhlizi üzrə Birgə Koordinasiya Mərkəzində, dünən KM fəaliyyəti üzrə Ukraynadan yola düşmüş ilk gəmi ilə bağlı mətbuat konfrnası baş tutub.
Mətbuat konfransında çıxış edən Admiral Ozcan Altunbulak Birgə Koordinasiya mərkəzinin fəaliyyəti ilə bağlı çıxış edərkən bildirib:
"İyulun 22-də möhtərəm Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın sədrliyi və BMT-nin baş katibi cənab Quetterresin himayəsi ilə İstanbulda imzalanmış təşəbbüs sənədinə əsasən yaradılmış Birgə Koordinasiya Mərkəzimiz iyulun 23-də fəaliyyətə başlamış və 27 iyulda açılışı baş tutmuşdur.
Mərkəzin vəzifəsi;
Qlobal taxıl böhranının həllinə kömək etmək üçün Ukraynadan ixrac olunacaq taxıl, gübrə və bu kimi ərzaq məhsullarının Təşəbbüs Sənədinə uyğun olaraq Odessa, Çernomorsk və Yuzni limanlarından təhlükəsiz şəkildə aparılmasını təmin etməkdir.
Öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün mərkəz;
Təşəbbüsə daxil ediləcək ticarət gəmilərini qeydiyyatdan keçirmək və təqib etmək,
Bu gəmilərin Ukrayna limanlarına giriş və çıxış planını yaratmaq və həyata keçirmək,
Türkiyədə müəyyən ediləcək limandan Ukraynaya gedən və Ukraynaya gələn gəmilərin yoxlanılması,
Peyk interneti və digər rabitə vasitələri olan ticarət gəmilərinin yola düşməsindən sonra texniki olaraq,
O, bütün fəaliyyətini müttəfiq ölkələri və BMT ilə koordinasiyalı şəkildə həyata keçirmək üççün vəzifə və öhdəliklərini üzərinə götürüb.
Dünən səhər saatlarından etibarən Sierra Leon bayrağı ilə 27 min ton qarğıdalı daşıyan quru yük gəmisi Ukraynanın Odessa limanından Livana doğru yola düşüb.
Bu gəminin fəaliyyəti planlaşdırma mərhələsindən bəri MKM tərəfindən planlaşdırılıb və izlənməkdə davam edir.
Dünən səhər saatlarından etibarən Sierra Leon bayrağı ilə 27 min ton qarğıdalı daşıyan quru yük gəmisi Ukraynanın Odessa limanından Livana doğru yola düşüb.
Bu gəminin fəaliyyəti planlaşdırma mərhələsindən etibarən Birgə Koordinasiya Mərkəzi tərəfindən planlaşdırılıb və izlənməkdə davam edir.
Gəminin yola salınması zamanı izləməli olduğu marşrut, izlədiyi humanitar dəhliz və onun yoxlanılması ilə bağlı təfərrüatlı məsələlər mərkəzdə razılaşdırılmış prosedur və prinsiplərə uyğun olaraq həyata keçirilir.
Hazırda Ukraynanın üç limanından taxıl və oxşar ərzaq məhsulları çıxara biləcək gəmilərin hazırlanması və planlaşdırılması davam etdirilir.
Daha əvvəl gözlədiyimiz və izlədiyimiz RAZONI adlı gəminin dəniz şəraiti ilə əlaqədar olaraq gecə yarısı İstanbulda təyin olunmuş lövbərdə lövbər salması gözlənilir. Lazımi prosedurlardan sonra Türkiyə, RF, Ukrayna və BMT nümayəndələrindən ibarət nümayəndə heyəti ilə RAZONİ adlı gəmidə yoxlama aparılacaq və yoxlamanın nəticələrinə görə gəmi yoluna davam edəcək.
Dünyanın gözünün burada təqdim edəcəyimiz kollektiv işlərdə olduğunun, borcumuzun böyük olduğunun, tarixi və humanitar missiyamızı öz üzərimizə götürdüyünün şüuru ilə, mərkəzdə etdiyimiz kimi borcumuzu və ahəngdar işimizi davam etdirəcəyik".
Qeyd edək ki, Ukraynadan yola düşən və Avqustun 3-də Türkiyə Boğaziçindən keçəcək İstanbulda fəaliyyət göstərən BKM tərəfindən koordinasiya edilir.
Səbinə Səmidxan