birinci-rubde-azerbaycana-idxal-edilen-bugda

Birinci rübdə Azərbaycana idxal edilən buğda

İlin birinci rübündə Azərbaycana 405 min 801 ton buğda idxal olunub.

İnsider.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövründə idxal edilən buğdanın dəyəri 91 milyon 130 min ABŞ dolları olub.
Ötən ilin eyni dövründə ölkəyə 55 milyon 220 min dollarlıq 316 min 131 ton buğda idxal edilib.