ABŞ-Çİn ticarət müharibələri nəticəsində dünya birjalarının dəyəri 1 trilyon dollar əriyib.
İnsider.az xəbər verir ki, ABŞ-ın cümə günü 200 milyard dollarlıq Çin məhsulları üçün gömrük rüsumunu 25%-ə qaldırması və Çinin də cavab olaraq daha 60 milyard dollarlıq ABŞ məhsullarına əlavə gömruk rüsumu tətbiq etməsi birjalara mənfi təsir göstərib.
Belə ki, rüsumlarla bağlı qərar özəlliklə ABŞ birjalarında sərt enişlərə səbəb olub. Dow Jones indeksi 2,38% enib ki, bu da yanvar ayından bu yana yaşanan ən yüksək eniş olub. S&P 500 2.41%, Nasdaq indeksi isə 3.41% dəyər itirib.
Ümumilikdə isə dünya birjaları 1 günə 1 trilyon dollar dəyər itirib.
©Finans.az